General Baqiridən xəbərdarlıq
-
General-leytenant Məhəmməd Baqiri
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi əks-inqilabçı terror qruplaşmalarının İraqın şimalındakı avantürası haqda xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, General-leytenant Məhəmməd Baqiri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi müavinin vida və təqdimat mərasimində Sepah-ın İraqın şimalında və İraq Kürdüstanı bölgəsindəki son əməliyyatına işarə ilə deyib ki, bu bölgənin və İraq hökumətinin məsul şəxsləri həmin qruplaşmalarla ciddi rəftar etmək üçün tədbir görməlidirlər.
General-leytenant Baqiri amerikanlara xəbərdarlıq edibdir ki, onların bu bölgədəki bazaları da əks-inqilabçıların təşkili üzrə mərkəz kimi yığışdırılmalıdır.
«Bizim əks-inqilabçı qruplaşmalarla mübarizə sahəsindəki əməliyyatlarımız davam edəcək və bu sərhədlərdə heç bir təxribatçılığa dözməyəcəyik.»-deyə, general Baqiri vurğulayıb.