İran beynəlxalq Daşkənd film festivalında iştirak edir
https://azeri.sahartv.ir/news/İran-i381393-İran_beynəlxalq_daşkənd_film_festivalında_iştirak_edir
İran İslam Respublikasının nümayəndələri «İpək yolunun mirvarisi» adlı beynəlxalq Daşkənd film festivalında iştirak edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2021 17:45 Asia/Baku
  • Daşkənd film festivalı
    Daşkənd film festivalı

İran İslam Respublikasının nümayəndələri «İpək yolunun mirvarisi» adlı beynəlxalq Daşkənd film festivalında iştirak edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Qeyd olunan festival «Sülh, maarif və inkişaf naminə» şüarı ilə keçirilir.

Festivalda dünyanın 22 ölkəsindən, o sıradan İran İslam Respublikası, Azərbaycan Respublikası, Ermənistan, Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İspaniya, Qazaxıstan, Keniya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Fransa, İsveçrə və Yaponiyadan gənc rejissorlar iştirak edirlər.

Müsabiqənin qalibləri fəxri diplom, fəxri lövhə və nağd mükafatla təltif olunacaqlar.

Proqrama əsasən, İran İslam Respublikası, Rusiya, Belarus, Türkiyə, Tacikistan və Qazaxıstanın kino şirkətləri ilə ikitərəfli müqavilələr imzalanacaq.