Korona vaksininin idxalı 73 milyon dozaya çatıb
Sen 28, 2021 16:38 Asia/Baku
-
Korona vaksininin idxalı
İranın gömrük idarəsi rəisinin texniki və gömrük məsələləri üzrə müavini deyib ki, bu gün səhər Sinofarm növündən iki milyon dozaya şamil olan 59-cu korona vaksini yükünün daxil olması ilə İrana idxal edilmiş vaksinlərin miqdarı 73 milyon doza həddini keçibdir.
SəhərAzəri-nin məlumatına əsasən, Mehrdad Camali Ərvənqi bildirib ki, idxal edilmiş korona vaksini, Çin vaksini olan Sinofarm-dan otuz beşinci yükdür.
O, deyib ki, bu yük, vaksinlərin sayını 73 milyon 348 min 606 dozaya çatdırıb.
Bu statistikaya əsasən, ən çox vaksin idxalı, cari il 23 avqust-22 sentyabr tarixləri arasında 38 milyon 643 min 996 dozadır.
Teqlər