Cebelli: "İran İslam Respublikasının imkanları və qabiliyyətləri dünya səviyyəsindədir"
İranın Tele-radio Təşkilatının yeni sədri bu təşkilatın beynəlxalq baxışının şou xarakterli bir baxış olmadığını bəyan edərək, deyib: "İran İslam Respublikasının imkanları və qabiliyyətləri dünya səviyyəsindədir"
SəhərAzəri-nin məlumatına əsasən, Peyman Cebelli sərhədaşırı kanalların əhəmiyyətini vurğulayaraq, deyib: "Yeni dövrdə İranın Tele-radio Təşkilatının fəaliyyətlərinin əsas aspektlərindən biri sərhədaşırı kanalları gücləndirmək olacaq".
Medianın əsas sahibinin xalq olduğunu vurğulayan Ceblli deyib: "Tele-radio təşkilatı xalq mediasinin əsl nümunəsi olmalıdır. Media səsləri heç bir yerə çatmayanların səsi olmalıdır".
İranın Tele-radio Təşkilatının yeni sədri qeyd edib ki, yeni İslam sivilizasiyası o deməkdir ki, İranlı tamaşaçılar üçün məzmun və proqram hazırlamaqla yanaşı, auditoriya hüdudlarını İrandan daha uzaqlarda müəyyən etməliyik.