Buşehr AES-in gücü üç dəfə artacaq
-
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının prezidenti deyib ki, Büşehr Atom Elektrik Stansiyasının inkişaf etməkdə olan bloklarındakı elektrik istehsalı miqdarı üç dəfə artacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Büşehr Atom Elektrik Stansiyasının müxtəlif bölmələri və onun inkişaf etməkdə olan bloklarında olduqdan sonra müxbirlərə bildirib ki, İran İslam Respublikasının qəti siyasəti, dinc məqsədli nüvə enerjisindən bəhrələnməkdir və bu sahədə güzəştə getməyəcəyik.
Rəisi qeyd edib ki, bu istiqamətdə İranın Atom Enerjisi Təşkilatının ölkədə atom enerjisindən on min meqavat elektrik enerjisi istehsalı üzrə tapşırığı tərif edilib.
İran İslam Respublikasının prezidenti sonra deyib: Regionda birinci iqtisadi, elmi və texnoloji yerə nail olmaq, son beynəlxalq standartlara uyğun olaraq, nüvə sənayesinin stabil irəliləyişi üçün məqsədyönlü və alimanə proqramlaşdırmalar tələb edir.
Rəisi bildirib ki, nüvə biliyi gələcəkdə ölkələrin dərin inkişafı və elmi tərəqqisinə səbəb olacaq və biz dünyanın elmi hərəkət karvanından geri qalmamalıyıq.
O, deyib ki, nüvə biliyinin mənalı inkişafı digər fənn və texnologiyaların səviyyələrinin yüksəlişinə gətirib çıxaracaq.
Büşehr Atom Elektrik Stansiyasının ilk bloku min meqavat elektrik istehsalı gücü ilə 2011-ci ildə İranın ümumölkə elektrik şəbəkəsinə qoşuldu.
Büşehr Atom Elektrik Stansiyasının ikinci blokunun betontökmə mərasimi də 2019-cu il noyabrın onunda keçirilibdir.
Büşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü bloklarının istifadəyə verilməsindən sonra İranın atom elektrik gücü üç min 114 meqavata yüksələcək.