Təxti Rəvançi:
"ABŞ-ın birtərəfli hərəkətləri beynəlxalq hüququn prinsiplərini pozur"
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi, ABŞ-ın birtərəfli, məcburi və qeyri-qanuni hərəkətlərinin, o cümlədən inkişaf etməkdə olan ölkələrə qanunsuz sanksiyaların tətbiqi beynəlxalq hüququn ayrılmaz prinsiplərini pozduğunu bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti Rəvançi BMT Baş Assambleyasının İkinci Komitəsinin ümumi toplantısında qeyd edib ki, indiki şəraitdə və bütün insan cəmiyyətlərinin misli görünməmiş bir sağlamlıq böhranından əziyyət çəkdiyi bir zamanda birtərəfli məcburetmə tədbirləri əslində ölkələrin səhiyyə sistemlərini hədəfə alıb və iflic edir ki, bu da bəşəriyyət əleyhinə cinayət olmaqla yanaşı, inkişaf məqsədlərinə ziddir.
Təxti Rəvançi, az sayda ölkənin ədalətsiz, qeyri-legitim və qanunsuz yanaşmalarının dünyanın ən çox ehtiyac duyduğu halda belə, çoxtərəfliliyi təhdid etdiyini və sarsıtdığını vurğulayaraq, əlavə edib: "Hazırda bəşəriyyət qarşısında iki ölümcül, dağıdıcı və anti-inkişaf virus dayanır; biri koronavirus digəri isə birtərəfli məcburetmə hərəkətlər".