Okt 09, 2021 21:03 Asia/Baku
  • İran İslam Respublikasının ilk prezidenti vəfat edib

Əbülhəsən Banisədrə aid bir sayt bu gün onun 88 yaşında Parisdəki bir xəstəxanada öldüyünü açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, saytın "İslam İnqilabı" adlı portalı bir bəyanatda bildirib ki, Əbülhəsən Banisədr uzun müddət bir xəstəlikdən sonra Parisdə yerləşən Salpetrier xəstəxanasında vəfat edib.

Bənisədr İran İslam İnqilabının qələbəsindən sonra 1979-cu ildəki prezident seçkilərində İran prezidenti seçildi. O, 1981-ci il iyunun 21-də İran parlamenti tərəfindən impiçment edildi və yetərsiz elan edildikdən sonra iyunun 22-də rəsmi olaraq, vəzifəsindən uzaqlaşdırıldı və İrandan qaçdıqdan sonra Parisdə siyasi sığınacaq aldı. 

Əbülhəsən Banisədrə 1933-cü il martın 22-də Həmədanın ətrafında yerləşən Bağça şəhərində dünyaya göz açdı. Onun atası Ayətullah Seyid Nəsrullah Bənisədr və anası Əşrəfi Fateh idi. 

Bənisədr, İrandan qaçıb Fransada yaşadığı bütün 40 il ərzində İran İslam Respublikasının əleyhinə danışdı.

Teqlər