İran birgə regional məlumat bazasının yaradılmasında maraqlıdır
İranın rabitə və informasiya texnologiyaları naziri, Türkiyədə birgə regional məlumat mərkəzinin yaradılması ilə əlaqədar inkişaf etməkdə olan ölkələrin rabitə və informasiya nazirləri ilə məsləhətləşmə aparıb.
SəhərAzəri-nin məlumatına əsasən, İsa Zarepur, Türkiyədə keçirilən İnkişaf etməkdə olan ölkələr Təşkilatının 12-ci Rabitə və İnformasiya Şurasında, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları sahəsindəki irəliləyiş və imkanlarını şərh edərək, insan həyatının keyfiyyətini yaxşılaşdırmaq üçün informasiya texnologiyalarından maksimum istifadə etmənin , həmçinin regional platformaların inkişafı üçün planlaşdırmanın vacibliyini vurğulayıb.
İranın rabitə və informasiya texnologiyaları naziri, həmçinin bu iclas çərçivəsində Azərbaycan Respublikası və Türkiyənin Rabitə və İnformasiya Texnologiyaları Nazirləri, həmçinin İnkişaf etməkdə olan ölkələr Təşkilatının baş katibi ilə görüşüb.
İnkişaf etməkdə olan ölkələr Təşkilatının 12-ci Rabitə və İnformasiya Şurası dünən Türkiyənin İstanbul şəhərində 55-dən çox ölkənin nazirlərinin və nümayəndələrinin iştirakı ilə başa çatıb.