İranlı qadın ştangist dünyada ikinci olub
https://azeri.sahartv.ir/news/İran-i382009-İranlı_qadın_ştangist_dünyada_ikinci_olub
Ərəbistanın Ciddə şəhərində keçirilən yeniyetmələrin ağırlıqqaldırma üzrə dünya çempionatında İranın qızlardan ibarət milli komandasının üzvü 81 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2021 08:49 Asia/Baku
  • Yekta Camali
    Yekta Camali

Ərəbistanın Ciddə şəhərində keçirilən yeniyetmələrin ağırlıqqaldırma üzrə dünya çempionatında İranın qızlardan ibarət milli komandasının üzvü 81 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bir hərəkətdə doxsan kiloqramlıq ağırlığı qaldırmaqla öz bürünc medalını qətiləşdirən Yekta Camali iki hərəkət və ümumi nəticədə medal uğrunda Gürcüstan və Meksika nümayəndələrilə sərt mübarizə aparıb.

Camali iki hərəkətdə öncə 107 kiloqramlıq ağırlığı asanlıqla başı üzərinə qaldırıb. O, növbəti cəhddə 115 kiloqramlıq ağırlığın öhdəsindən gələ bilib.

Üç yerdən birinə nail olmaq üçün Gürcüstan, Rusiya və Meksika nümayəndələrilə sıx rəqabət aparan İranın qızlardan ibarət milli komandasının kapitanı iki hərəkətdə 119 kiloqramlıq ağırlığı qaldırmağı bacarıb. Beləliklə o, iki hərəkətdə və ümumi nəticədə gümüş medalla kifayətlənib.

Camali ümumi nəticədə 205 kiloqramı öz adına qeydə aldırıb.

Camalinin medalı İran ağırlıqqaldırmasının qadınlar üzrə ilk gümüş medalıdır.