Prezident rəisi Venesuelanın XİN başçısını qəbul edib
-
Prezident rəisi
İran İslam Respublikası prezidenti Venesuelanın xarici işlər naziri Feliks Plasensia Qonzalezi qəbulu zamanı deyib: "Latın Amerikası və xüsusilə Venesuela, İran İslam Respublikasının iqtisadi diplomatiyasının prioritetlərindən biridir və bu ölkələrlə əlaqələrimizi inkişaf etdirmək əzmindəyik".
SəhərAzəri-nin məlumatına əsasən, Prezident deyib: "Biz bu hökumətdə düşmənlərin yaratdığı problemləri aradan qaldırmaq və tərəqqi yolua davam etdirmək əzmindəyik".
Tehran-Karakas əlaqələrinin əhatəsini genişləndirməyin zəruriliyini vurğulayan dövlət başçısı əlavə edib: "İkitərəfli münasibətləri genişləndirmək üçün hərtərəfli və uzun müddətli bir plan hazırlanmalı və son hədəflərə doğru hərəkət edilməlidir".
Rəisi beynəlxalq təşkilatlarda və platformalarda İrana verdiyi dəstəyə görə Venesuelaya təşəkkür edib və Venesuela prezidenti Nikolas Maduronun tezliklə Tehrana səfəri ilə iki ölkənin uzunmüddətli əməkdaşlığı üçün yeni addımların atılmasını arzulayıb.
Venesuelanın xarici işlər naziri də bu görüşdə, Venesuela prezidentinin səmimi salamlarını çatdıraraq, İran və Venesuelanı iki dost ölkə olaraq xarakterizə edib və deyib: "ki ölkə imperialistlərin qurduğu sistem qarşısında müqavimət göstərir".
İranın bölgədə əhəmiyyətli və təsirli bir ölkə olduğunu dilə gətirən Venesuela Feliks Plasensia, ölkəsinin İranla birlikdə çoxtərəfliliyi müdafiə etməkdə və ABŞ-ın müdaxiləçi mövqeyinə qarşı çıxmaqda qərarlı olduğunu söyləyib.
Feliks Plasensia, həmçinin ölkəsinin İranla bütün sahələrdə əlaqələrini yaxşılaşdırmaq istədiyini ifadə edib.