Hər bir avantüraya peşmanedici cavab verəcəyik
https://azeri.sahartv.ir/news/İran-i382273-hər_bir_avantüraya_peşmanedici_cavab_verəcəyik
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, hər hansı rejim və ya qrup tərəfindən hər bir səviyyədə İrana qarşı hər hansı avantüraya peşmanedici cavab verəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2021 15:58 Asia/Baku
  • General pasdar Əmir Əli Hacızadə
    General pasdar Əmir Əli Hacızadə

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, hər hansı rejim və ya qrup tərəfindən hər bir səviyyədə İrana qarşı hər hansı avantüraya peşmanedici cavab verəcəyik.

SəhərAzəri-nin məlumatına əsasən,General pasdar Əmir Əli Hacızadə Sepah-ın hava-kosmos nailiyyətləri üzfrə milli sərgidə sonra belə deyib: Amerika/ İran, Çin, Rusiyanın, həmçinin dünyanın azad ölkələri qarşısında təkbaşına dayanmaq dözümünə malik deyil və daxildən dağılmaqdadır.

General Hacızadə sonra xatırladıb ki, Amerika 2001-ci ildə Əfqanıstana basqın etdi və 20 ildən sonra vətəndaş müharibəsi salmaq və hərc-mərclik yaratmaq cəhdi ilə Əfqanıstanı tərk etdi.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı daha sonra vurğulayıb: Bu gün hamıya aydındır ki, əgər general Süleymaninin mübarizəsi olmasaydı, terrorçuların bölgəyə hakimiyyətindən əlavə, biz bu terror qruplarının Avropaya və digər region ölkələrinə geniş miqyasda eksport olunmalarının şahidi olacaqdıq.