Ölkə prezidenti Ərdəbil vilayətinə səfər edib
https://azeri.sahartv.ir/news/İran-i382374-Ölkə_prezidenti_Ərdəbil_vilayətinə_səfər_edib
İran prezidenti Parsabad hava limanına daxil olarkən müxbirlərə müsahibə verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2021 12:12 Asia/Baku
  • Ayətullah Rəisi
    Ayətullah Rəisi

İran prezidenti Parsabad hava limanına daxil olarkən müxbirlərə müsahibə verib.

SəhərAzəri-nin məlumatına əsasən, Ərdəbil vilayətinin şiə mədəniyyətinin yayılmasında mühüm rola malik olduğunu, həmçinin İslam dünyasına və bəşəriyyətə müxtəlif elmi və mədəni simalar təqdim etdiyini qeyd edən Ayətullah Seyid İbrahim Rəisi bildirib ki, Ərdəbil vilayəti kənd təsərrüfatı qütbüdür və malik olduğu bir çox imkanlara görə, diqqət mərkəzində durmalıdır.

Ölkə prezidenti Parsabad-Ərdəbil magistral yolunu da nəzərdən keçirib. Bildirib ki: Ərdəbil-Parsabad magistral yolu layihəsi təkmilləşmək və istifadəyə verilmək üçün lazımi kreditlərə ehtiyac duyur və bu istiqamətdə layihənin həyata keçirilməsi üçün lazım olan kreditlər tez bir zamanda təmin edilməli və bu magistral yolunun istismara verilməsinin şahidi olmalıyıq.

Prezident Muğanın Parsabad rayonuna daxil olduqdan sonra dərhal Muğan aqrar-sənaye kompleksinə gedib. Kompleksi nəzərdən keçirən ölkə prezidenti məsul şəxslərin verdikləri məlumatla/ onun sənaye, maldarlıq, bağçılıq, becərmə və istehsalat inkişafı layihəsindən xəbərdar olub.

Ayətullah Rəisi bu səfərdə Muğan bölgəsində yerləşən iri Xudafərin su bəndi layihəsini də nəzərdən keçirib. Layihənin vəziyyəti barədəki məlumatı dinlədikdən sonra problemlərin aradan qaldırılması və işin sürətləndirilməsinə təkid edib.