İrana 6 milyon doza korona vaksini daxil olub
https://azeri.sahartv.ir/news/İran-i382513-İrana_6_milyon_doza_korona_vaksini_daxil_olub
İranın Qırmızı Aypara Cəmiyyəti ölkəyə altı milyon doza korona vaksininin daxil olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2021 13:11 Asia/Baku
  •  vaksin
    vaksin

İranın Qırmızı Aypara Cəmiyyəti ölkəyə altı milyon doza korona vaksininin daxil olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Qırmızı Aypara Cəmiyyəti qeyd edib ki, sinofarm markalı altı milyon doza korona vaksini yükü bu gün İmam Xomeyni(r.ə.) adına hava limanına daxil olub və beləliklə, ölkəyə idxal edilmiş vaksinilərin ümumi dozası 132 milyon dozanı ötüb keçibdir.

Çin məhsulu olan bu vaksin yükü bu gün Mahan aviasiya şirkətinin reysi ilə İrana daxil olub və yük gömrük nümayəndəsinin iştirakı, yerindəcə tərxis və birbaşa yükləmə ilə dərhal səhiyyə nazirliyinə təhvil verilib.

Bu idxal edilmiş vaksinlər məcmuəsinin yüz milyon dozası İranın Qırmızı Aypara Cəmiyyəti tərəfindən qeydə alınıb. Vaksinlərin yüz on bir milyon dozası da sinofarm vaksini olubdur.