29 oktyabr; Cümhuriyyət Günü münasibətilə
Rəisi Türkiyə prezidenti və xalqını təbrik edib
İran İslam Respublikasının prezidenti Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə dost ölkəni təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisinin tərbik məktubunda deyilir:
“Mərhəmətli və rəhimli Allahın adı ilə! Türkiyə Cümhuriyyətinin prezidenti Cənab Rəcəb Təyyib Ərdoğan! Türkiyə Cümhuriyyətinin milli gününün gəlib çatması münasibətilə ali cənabınızı və ölkənizin şərafətli xalqını səmimi qəlbdən təbrik deyirəm. Ümidvaram ki, iki ölkənin qədimi və qarşılıqlı əlaqələri həmişə qarşılıqlı hörmət üzərində möhkəm qalsın və ölkələrin ali rəsmilərinin intensiv məsləhətləşmələri ilə iki xalqın mənafeyi istiqamətində və sülhün möhkəmlənməsi istiqamətində regionda sabitlik və sakitlik günü gündən artsın. Mütəal Allahdan cənabınızın sağlamlığı və müvəffəqiyyətini, qonşu və dost Türkiyə xalqının səadət və xoşbəxtliyini təmənna edirəm.”