Noy 07, 2021 14:12 Asia/Baku
  • Van İ və Hüseyn Əmir-Abdullahiyan
    Van İ və Hüseyn Əmir-Abdullahiyan

İranın xarici işlər naziri vurğulayıb ki, Amerika uğursuz qalmış maksimum təzyiq siyasətini və iqtisadi terrorizmi davam etdirməklə yanaşı, müzakirə və razılaşma iddiasında ola bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan və Çin dövlət şurasının üzvü və xarici işlər naziri «Van İ» bir telefon söhbətində regional və beynəlxalq hadisələr, qarşıdakı Vyana müzakirələri və ikitərəfli münasibətlər prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Çin hökumətinin İrana 120 milyon doza vaksinin göndərilməsi üzrə həmkarlığından razılıq edən Əmir-Abdullahiyan iki ölkənin genişlənməkdə olan əlaqələrindən məmnunluq ifadə və İran İslam Respublikasının Pekinin davamlı inkişaf və Çinlə bu istiqamətdə yaxın əməkdaşlıq sahəsindəki təşəbbüsünə olan dəstəyinə təkid edib.

İranın xarici işlər naziri qarşıdakı Vyana müzakirələri ilə bağlı ümidvarlıq edibdir ki, anlaşmanın sürətlə əldə olunması üçün Amerika və avropalı tərəflər real şəkildə müzakirəyə daxil olacaqlar.

O, MAQATE-nin İrandakı vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əmin olduğunu bildiribdir ki, bu həmkarlıqlar razılaşmalar və qaydalar çərçivəsində yaxşı şəkildə davam edəcək.

Əmir-Abdullahiyan Əfqanıstanın vəziyyətilə bağlı, bu ölkədə əhatəli hökumətin təşkili zərurətinə təkidlə ümidvarlıq edibdir ki, konstruktiv Tehran konfransının davamında Pekində keçiriləcək Əfqanıstanın qonşuları yığıncağı uğurlu olacaq.

Nüvə müzakirələrinin davamını alqışlayan və ona dəstək verən Çinin xarici işlər naziri «Van İ» də Amerikanı nüvə anlaşmasının icrası yolunda yaranan problemlərin əsas amili adlandırıb. Ümidvarlıq edib ki, onlar özlərinin bu səhvini sanksiyaları hərtərəfli şəkildə aradan qaldırmaqla düzəldəcəklər və İranın pozitiv münasibət spektrində qarşıdakı müzakirələr yaxşı nəticələrə gətirib çıxaracaq.

 

Teqlər