«Gecə söhbətləri» İzmir festivalında
Noy 07, 2021 10:58 Asia/Baku
-
«Gecə söhbətləri» İzmir festivalında
Ssenarist və rejissor Ümid Abdullahinin «Gecə söhbətləri» adlı qısametrajlı bədii filmi Türkiyənin İzmir şəhərində keçirilən 22-ci beynəlxalq qısametrajlı film festivalına vəsiqə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Prodüseri Hüseyn Kakavənd olan bu İran filmi özünün ikinci beynəlxalq iştirakında İzmir film festivalına vəsiqə qazanıb.
Oskar akademiyası tərəfindən təsdiqlənən festivallardan olan İzmir film festivalı noyabrın 22-dən 28-dək keçiriləcək və «Gecə söhbətləri» filmi bu mötəbər festivalın panorama bölməsində nümayiş olunacaq.
Hadı İftixarzadə və Əmirrza Rəncbəran bu 17 dəqiqəlik qısametrajlı filmin aktyorlarıdırlar.
Teqlər