«Zülfüqar-1400» hərbi təlimlərinin nailiyyətləri
-
General-mayor Seyid Əbdürrəhim Musəvi
İran İslam Respublikası Ordusunun baş komandanı vurğulayıb ki, ordu qüvvələrinin koordinasiyası və sinerjisi «Zülfüqar-1400» hərbi təlimlərinin nailiyyətlərindən olub.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Seyid Əbdürrəhim Musəvi birgə«Zülfüqar-1400» hərbi təlimlərinin sonunda belə deyib: Qüvvələr arasında sinerji, koordinasiya, rabitə, təlimlər, metodlar, taktikalar və sistemlərin uğurlu dəyərləndirilməsi, həmçinin elektron mərmi və pilotsuzlardan istifadə son dərəcə yaxşı bir səviyyədə nümayiş etdirildi ki, bu da təlimlərin ən bariz nailiyyətlərindən olubdur.
«Zülfüqar-1400» hərbi təlimlərinin yekun mərasimi ordunun baş komandanı, bir qrup komandan, Xatəmülənbiya(s.ə.s.) mərkəzi qərargahının komandan əvəzi general-mayor Hüseyn Həsəni Sədi, həmçinin bu qərargahın müşahidəçiləri, eləcə də ordunun quru, dəniz, hava və hava hücumundan müdafiə qüvvələrinin komandanları, digər komandan, komandir və məsul şəxslərin iştirakı ilə keçirilib.
Təlim-məşqlərdə Tariq və Qədir dərəcəsindən olan sualtı qayıqlar, minaatan hərbi gəmilər, Dena tipli tam iranlı destroyer də daxil olmaqla müxtəlif destroyerlərə şamil olan İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin suüstü və sualtı bölmələri Şəhənd tipli baş komandanlıq esminesinin önündən keçiblər.
İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin müxtəlif vertolyotları, hava qüvvələrinin P3F kəşfiyyat təyyarələri, həmçinin F-4 və Miraj qırıcıları bu hərbi təlimlərdə suüstü və sualtı bölmələri müşayiət ediblər.