Noy 10, 2021 14:01 Asia/Baku
  • İran 3-cü Regional Dialoq Forumu
    İran 3-cü Regional Dialoq Forumu

Regional Təhlükəsizlik Dialoqu Forumunun üçüncü iclası Əfqanıstandakı mövcud vəziyyəti nəzərdən keçirmək üçün bu gün səhər saatlarında İran, Rusiya, Hindistan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Milli Təhlükəsizlik Şuralarının katiblərinin və müşavirlərinin iştirakı ilə Yeni Dehlidə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İclasda Əfqanıstan da daxil olmaqla regionda təhlükəsizliklə bağlı son inkişaflar müzakirə olunacaq.

Forumun əsası İran tərəfindən qoyulub və birinci iclası 2018-ci ildə Əfqanıstan böhranını araşdırmaq üçün Tehranda keçirilib. 

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Regional Təhlükəsizlik Dialoqu Forumunun üçüncü iclasında əsas diqqətin  Əfqanıstanın siyasi və təhlükəsizlik məsələlərinə yönəldiyini bildirərək, deyib: "Bu görüşdə biz iştirakçı ölkələrin birgə səyləri ilə regionda, xüsusilə Əfqanıstanda böhrana səbəb olan komponentləri öyrənməklə yanaşı, bu ölkədə davamlı və əhatəli sülh və sabitliyin yaradılmasına kömək etmək yollarını araşdırmağa və ümumi əməliyyat həllərinə nail olmağa çalışacağıq".

Teqlər