Təxti Rəvançi: "Birtərəfli sanksiyalar davamlı inkişafa mane olur"
-
Təxti Rəvançi
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi bəyan edib ki, ABŞ-ın birtərəfli sanksiyaları, sanksiyalardan təsirlənən ölkələrin davamlı inkişaf məqsədlərinə çatmaq üçün ehtiyac duyduqları maliyyə və inkişaf resurslarına çıxışına mane olur".
SəhərAzəri-nin məlumatına əsasən, BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq Sülhün və Təhlükəsizliyin Qorunması; Məhrumiyyət, Bərabərsizlik və Münaqişə" mövzusunda keçirilən iclasında çıxış edən Məcid Təxti Rəvançi ABŞ-ın sanksiya aludəçiliyinə toxunaraq. deyib: "ABŞ-ın İran xalqına qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar kimi birtərəfli məcburetmə tədbirləri əhalinin bütün təbəqələrinin rifahı üçün ciddi nəticələrə səbəb olub".
"İnsanların əsas ehtiyaclarının, xüsusən də COVID-19-la mübarizə üçün lazım olan dərman və tibbi avadanlıqların ciddi çatışmazlığına səbəb olan bu qanunsuz əməllər iqtisadi çətinlikləri daha da artırır.", - deyə Təxti rəvançi əlavə edib.
İran BMT-dəki daimi nümayəndəsi, həmçinin məhrumiyyət və bərabərsizlik kimi məsələlərin münaqişələr üçün potensial hərəkətverici və ağırlaşdırıcı amillər rolunu oynaya biləcəyini və münaqişədə olan ölkələrdə davamlı sülhə nail olmaq imkanlarını zəiflədə biləcəyini söyləyib.
O, qeyd edib ki, BMT-nin münaqişələrin qarşısının alınmasında konstruktiv töhfəsi Baş Assambleya, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şura arasında Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində müəyyən edilmiş mandatlarına uyğun olaraq ahəngdarlıq, davamlı əlaqə və koordinasiya tələb edir.
Təxti Rəvançi, bu kontekstdə, Təhlükəsizlik Şurasının BMT-nin nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməli olduğunu vurğulayaraq, əlavə edib: "Sosial və iqtisadi aspektlərə malik olan bərabərsizlik kimi məsələlər Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli orqanları, yəni Baş Assambleya və İqtisadi və Sosial Şura tərəfindən həll edilməlidir".