İranlı qadın Tallin Kinofestivalında hakimlik edəcək
Noy 10, 2021 12:22 Asia/Baku
-
Haydə Səfiyari
İran kinosunun tanınmış montajçısı "Haydə Səfiyari" Estoniyanın paytaxtı Tallində keçirilən Beynəlxalq "Qaranlıq Gecələr kinofestivalında münsiflər heyətinin üzvü seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, "Haydə Səfiyari" Qvatemaladan olan Xavier Bustamante, islandiyalı rejissor Elfar Adalsteins, Banqladeşdən Mustafa Sərvar Fərroxi və Lüksemburqdan olan "Paul Tilts" ilə birlikdə Tallinin 25-ci Beynəlxalq Qaranlıq Gecələr Kinofestivalının münsiflər heyətini təşkil edirlər.
Səfiyari indiyə kimi 70-dən çox bədii filmin montajçısı olub, o cümlədən Əsğər Fərhadinin iki Oskar mükafatı almış "Satıcı" və "Ayrılıq" filmləri, həmçinin son çəkdiyi "Qəhrəman" filminə işarə etmək olar.
Teqlər