İraq və Əfqanıstanın bugünkü məsələləri İslam dünyası üçün mühümdür
https://azeri.sahartv.ir/news/İran-i383086-İraq_və_Əfqanıstanın_bugünkü_məsələləri_İslam_dünyası_üçün_mühümdür
Tehranın cümə namazı xitabətçisi deyib ki, İraq və Əfqanıstanın bugünkü məsələləri İslam dünyası üçün mühümdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2021 16:28 Asia/Baku
  • Höccətülislam Kazım Sədiqi
    Höccətülislam Kazım Sədiqi

Tehranın cümə namazı xitabətçisi deyib ki, İraq və Əfqanıstanın bugünkü məsələləri İslam dünyası üçün mühümdür.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazım Sədiqi Tehranın buhəftəki cümə namazı xütbələrində İraq olaylarına işarə ilə əlavə edib: İraqın hökuməti və məhkəmə hakimiyyətindən atışmanın nəticələri məsələsini ciddi şəkildə təqib etmələrini istəyirik. Yaşıl rayona və baş nazirin mənzilinə pilotsuz hücumu şübhəli bir məsələdir. Buna görə, bu məsələnin təqib edilməsi, təvəqqe etdiyimiz məsələlərdəndir. Əgər seçki məsələsi həll olmazsa, İraqın ümumi etimadı təsbit olmaz. Qanun istiqamətində əyləşib, bu problemi həll etsinlər.

Höccətülislam Sədiqi İslamın problemi olan digər çətinliyi Əfqanıstan məsələsi adlandırıb və belə söyləyib: Amerika Əfqanıstandan qaçdı, amma fitnələri qaçmadı. Orada İŞİD-ə malikdir və ixtilaf salmanı öz proqramlarının prioriteti qərar veribdir.