İran əczaçılıq sənayesinin nano sahəsindəki uğuru
https://azeri.sahartv.ir/news/İran-i383244-İran_əczaçılıq_sənayesinin_nano_sahəsindəki_uğuru
İran qida və dərman təşkilatının sədri bildirib ki, ölkənin əczaçılıq sənayesi nano sahəsində uğurlu olub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2021 15:17 Asia/Baku
  • İran əczaçılıq sənayesi
    İran əczaçılıq sənayesi

İran qida və dərman təşkilatının sədri bildirib ki, ölkənin əczaçılıq sənayesi nano sahəsində uğurlu olub

SəhərAzəri-nin məlumatına əsasən, .Bəhram Darayi ölkədə əczaçılıq ixtisası üzrə tələbələrin 23-cü konfransında qeyd edib ki, İranın əczaçılıq sənayesi nano və nanobiologiya sahələrində bir çox uğurlar qazanıb və dünyada deməyə sözü var.

İran qida və dərman təşkilatının sədri sonra belə söyləyib: Əgər ölkənin əczaçılıq sənayesinin inkişafında malik olduğumuz sürəti qoruya bilsək, daha yaxşı imkanlar yaranacaqdır.

Darayi həmçinin deyib ki, sürətləndiricilər və startap fəaliyyətlərinin genişləndirilməsi ölkəni hədəfə çatdıra biləcək birbaşa yollardır.