Üç iranlı yunan-roma güləşçisi dünyanın ən yaxşılarının önündə
-
Üç iranlı yunan-roma güləşçisi
Meysəm Delxani, Məhəmmədrza Gərayi və Əli Əkbər Yusifi 63, 67 və 130 kiloqram çəki dərəcələrində dünya üzrə ən yaxşı yunan-roma güləşçilərinin önündə qərar tapıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Yunan-Roma güləşi üzrə Beynəlxalq Federasiyanın məlumatına görə, 2021-ci ildə ilin ən yaxşı güləşçisini təyin etmək üçün federasiyanın adi reytinq sistemi nəzərdə tutulub və ilin ən yaxşı idmançısının reytinqinin müəyyən edilməsi aşağıdakı tədbirlərin nəticələrinə əsasən, həyata keçirilib. Bu əsasda 63 kiloqram çəki dərəcəsində Norveç Dünya Çempionatının çempionu Meysəm Delxani, 67 kiloqram çəki dərəcəsində Tokio Olimpiadasının və Norveç Dünya Çempionatının çempionu Məhəmmədrza Gərayi və 130 kiloqram çəki dərəcəsində Norveç Dünya Çempionatının çempionu Əli Əkbər Yusifi öz çəki dərəcələrinin birinciləri kimi tanınıblar.
Tokio Olimpiadasının bürünc, Norveç Dünya Çempionatının isə qızıl mükafatçısı olan Məhəmməd Hadi Sarəvi isə 97 kiloqram çəki dərəcəsində ikinci şəxs kimi tanınıbdır.