İran peyklərinin orbitə buraxılmasının son etapları
-
İran peykləri
İran son test etaplarında/ və buraxılmağa hazır olan dörd peykə malikdir.
SəhərAzəri-nin məlumatına əsasən, “Zəfər 2” peyki özünün son hazırlıq mərhələlərini keçir.
“Nahid 1” və “Nahid 2” peykləri artıq hazırdırlar. “Pars 1” peyki də İranın kosmonavtika təşkilatına təhvil verilib.
“Saman” orbital ötürmə bloku və “Arəş” kosmik mühərriki də son sınaq etaplarını keçirirlər.
“Zəfər 2” peyki “Zəfər 1” peykindən daha moderndir. Onun düzəldilməsi təqribən səkkiz il əvvəl Tehran Elm və Texnologiya Universitetində başlanıb.
“Nahid 1” peyki operativ rabitə peyklərinə nail olmaq üzrə strateji proqramın birinci mərhələsi kimi düzəldilib. Onun tapşırığı da elə bu istiqamətdə tərif edilib.
Kommunikasiyaları dəyişdirmək qabiliyyətinə malik hərəkətverici sistem olan “Nahid 2” rabitə peyki mikrodalğalı diapazonda səs rabitəsi testinə imkan yaradır.
“Pars 1” peyki isə bir videoçəkən peyki kimi ölçmə peyklərinin konstruksiyası və düzəldilməsində ilkin addım hesab edilir.