İran filmi Kanadanın İnsan Hüquqları festivalında nümayiş olunub
https://azeri.sahartv.ir/news/İran-i383832-İran_filmi_kanadanın_İnsan_hüquqları_festivalında_nümayiş_olunub
Nəvid Nikxah Azadın çəkdiyi "Tənəffüz zəngi" filmi 10-cu Kanada İnsan Hüquqları Film Festivalında nümayiş olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2021 17:30 Asia/Baku
  •  NəvidNikxah
    NəvidNikxah

Nəvid Nikxah Azadın çəkdiyi "Tənəffüz zəngi" filmi 10-cu Kanada İnsan Hüquqları Film Festivalında nümayiş olunacaq.

SəhərAzəri-nin məlumatına əsasən,"+HRFF" adı ilə tanınan Kanadanın "JAYU" İnsan Hüquqları Film Festivalı dekabrın 3-dən rəsmi şəkildə işə başlayıb və Nəvid Nikxah Azadın çəkdiyi qısametrajlı "Tənəffüz zəngi" filmi bu festivalda İranı təmsil edir. 

"Tənəffüz zəngi" filmi bazar ertəsi günü dekabrın 6-da Qadınlara Qarşı Zorakılığa Qarşı Milli Anma və Fəaliyyət Günündə Kanadanın Toronto şəhərində nümayiş olunacaq. 

Beynəlxalq adı "The Recess" olan qısametrajlı "Tənəffüz zəngi" filmi dünyada 67 dəfə nümayiş olunub və 9 beynəlxalq mükafat qazanıb.