Yalnız İran Əfqanıstana yardım imkanına malikdir
https://azeri.sahartv.ir/news/İran-i383840-yalnız_İran_Əfqanıstana_yardım_imkanına_malikdir
Əfqanıstanın sabiq prezidentinin qardaşı bu ölkənin son olayları barədə danışarkən Əfqanıstanın siyasi sisteminin pozulmasında Amerikanı ittiham edib. Bildirib ki, amerikanlar öncə Əfqanıstanda bir sistem yaratdılar, sonra isə onu pozdular.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 07, 2021 10:47 Asia/Baku
  • Heşmət Qəni
    Heşmət Qəni

Əfqanıstanın sabiq prezidentinin qardaşı bu ölkənin son olayları barədə danışarkən Əfqanıstanın siyasi sisteminin pozulmasında Amerikanı ittiham edib. Bildirib ki, amerikanlar öncə Əfqanıstanda bir sistem yaratdılar, sonra isə onu pozdular.

SəhərAzəri-nin məlumatına əsasən,Əfqanıstanın sabiq prezidentinin qardaşı, siyasi və iqtisadi məsələlər üzrə ekspert Heşmət Qəni Əhmədzay Əfqanıstanın “Səhər” kanalının “Qırmızı İşıq” verilişində Tramp hökumətinin taliblərlə sövdələşməsinə işarə ilə deyib ki, amerikanların taliblərlə müzakirələrindən sonra tamamilə məlum idi ki, Taliban gec-tez Əfqanıstanda hakimiyyətə gələcək.

Heşmət Qəni son Əfqanıstan olaylarının Amerikanın istəyi və iradəsilə baş verdiyini vurğulayıb. Deyib ki, Əfqanıstanın sabiq prezidenti hər halda ölkəni buraxmalı və hökumət taliblərə tapşırılmalı idi.

Heşmət Qəni Əfqanıstanın maliyyələrinin ABŞ və bəzi Avropa ölkələri tərəfindən dondurulması barədə bildirib ki, bu aktivlər Əfqanıstan xalqına aiddir. Dondurulmuş pulların azad edilməsilə Taliban hökuməti müvəqqəti şəkildə və qısa perspektivdə problemləri həll edə bilər, amma uzaq perspektivdə yenə də problemə üz-üzədir.

Əfqanıstanın iqtisadi məsələlər üzrə bu eksperti digər ölkələrin Əfqanıstana kömək üzrə istək və bacarıqlarının olmamasına təkidlə bildirib ki, İranın yardımı olmadan əlaqələr və Əfqanıstanın şəraitinin yaxşılaşdırılması mümkün deyil və imkan baxımından yardım göstərə biləcək yeganə ölkə, İrandır.

İranın iqtisadi, elmi və texnoloji imkanlarına və Əfqanıstanda mövcud olan potensiallara işarə edən Heşmət Qəni deyib ki, Əfqanıstan mədənlərə və digər potensiallara, İran da həmin potensiallardan bəhrələnmə imkanlarına malikdir.

Əfqanıstanın siyasi məsələlər üzrə eksperti bu ölkənin sabiq hökumətindəki korrupsiyanın dəlilini əcnəbi ölkələrin səfirlərinin müdaxilələri adlandırıb. Bildirib ki, xarici səfirliklər öncədən Əfqanıstan hökumətinə bu hökumətin nəzarəti xaricində olan fiqurlar qəbul etdirmişdilər.