Tehran və Bakı arasında yeni razılaşma
https://azeri.sahartv.ir/news/İran-i383848-tehran_və_bakı_arasında_yeni_razılaşma
İran və Azərbaycan Respublikası İranın Astara rayonunda yerləşən Astaraçay sərhəd çayı üzərində şose yolu körpüsünün inşası barədə razılığa gəliblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 07, 2021 14:51 Asia/Baku
  • İran və Azərbaycan
    İran və Azərbaycan

İran və Azərbaycan Respublikası İranın Astara rayonunda yerləşən Astaraçay sərhəd çayı üzərində şose yolu körpüsünün inşası barədə razılığa gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən,İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi bu gün İran və Azərbaycan Respublikası rəsmilərinin birgə iclasından sonra müxbirlər qarşısında bildirib ki, İran ilə Azərbaycan Respublikası arasındakı iqtisadi imkanları artırmaq məqsədilə Astaraçay sərhəd çayı üzərində şose yolu körpüsü salınacaq.

Qərara alındı ki, İran və Azərbaycan Respublikasının sərhədçiləri iki həftə bundan sonrayadək sıfır sərhəd nöqtəsinin və sərhədlə bağlı digər zərurətlərin təyin edilməsi barədə iclas keçirsinlər.-deyə, İranın yol və şəhərsalma nazirinin müavini söyləyib.

Azərbaycan Respublikasının yol və nəqliyyat nazirinin nəqliyyat və rəqəmsal inkişaf məsələləri üzrə müavini Rəhmət Himmətov azəri rəsmilərdən iyirmi nəfərlə yanaşı, İranın Astara rayonunda İranın yol və şəhərsalma nazirliyinin qonağı olubdur.