İran və Türkiyə həmkarlıqların inkişafına təkid ediblər
-
İran və Türkiyə
İran və Türkiyə prezidentləri bir telefon danışığında terrorizmlə mübarizə və iqtisadi sahələrdə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsinə təkid ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla telefon söhbətində iqtisadi və ticari sahələrdə Tehran-Ankara əlaqələrinin önəminə təkidlə qeyd edib ki, tezliklə və Tehranda birgə iclasın keçirilməsilə həmkarlıqların inkişafı yeni etapa daxil olacaq.
Türkiyə prezidenti də iki ölkənin xüsusilə iqtisadi və təhlükəsizlik saahələrindəki əməkdaşlıqlarını mühüm adlandırıb. Deyib ki, hazırda region ölkələri arasında birgə həmkarlıqlar ideyası hakim kəsilib və son səfər və məşvərətlər onun uğurunu göstərir.
Tehran ilə Ankara arasında birgə həmkarlıq toplantılarının keçirilməsinə təkid edən Ərdoğan qeyd edib ki, Tehrana olacaq qarşıdakı səfərində iki ölkə əlaqələri inkişafın yeni fəslinə daxil olacaq.
İran və Türkiyə təbii mənbələri, əhali strukturları, mədəni və tarixi bağlılıq və ortaqlıqlarına, həmçinin geopolitik məsələlərə görə, regionda təsirli ölkələrdən hesab olunurlar. İki ölkə əlaqələrinin dərinləşməsi regionun təhlükəsizliyinə zəmanətçi və sabitliyin yaradılması üçün mühüm bir amildir.
Qonşuların, islami və dost ölkələrin, Tehranın xarici siyasətinin prioritetində duran İran İslam Respublikasının nöqteyi-nəzərincə, regionun hazırkı problemlərindən bir çoxu, o sıradan terrorizm, regionaşırı müdaxilələr və əcnəbilərin iştirakından irəli gəlir və bu problemlərin həlli də region ölkələrinin səyi və inteqrasiyasını tələb edəcək.
Bu əsasda İran və Türkiyənin rəsmiləri də son aylar regional və beynəlxalq hadisələr barədə məşvərəti artırıblar. Onlar həmçinin iki ölkənin ticarət mübadilələrinin artırılması və qonşuluq siyasətinə əsasən, Qərbi Asiyada asayiş, təhlükəsizlik və sabitliyin vacibliyinə təkid ediblər.