İranlı parataekvondoçunun qızıl medalı
https://azeri.sahartv.ir/news/İran-i384013-İranlı_parataekvondoçunun_qızıl_medalı
İranın ağır çəkili parataekvondoçusu Hamed Həqşenas Türkiyədə keçiriiən dünya çempionatının qızıl medalını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2021 14:50 Asia/Baku
  •  Hamed Həqşenas
    Hamed Həqşenas

İranın ağır çəkili parataekvondoçusu Hamed Həqşenas Türkiyədə keçiriiən dünya çempionatının qızıl medalını alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qırx bir ölkədən 264 taekvondoçunun iştiakı ilə keçirilən parataekvondo üzrə doqquzuncu dünya çempionatı dünən Türkiyənin İstanbul şəhərində başlanıb və bu gün başa çatacaq.

İranı səksən kiloqramdan yuxarı çəkidə təmsil edən Həqşenas bu gün bütün rəqiblərini məğlub etməklə dünya çempionu adını qazanmağa müvəffəq olub.

Həqşenas bir mərhələ istirahətdən sonra ilk görüşdə Türkiyə nümayəndəsi Səfər Harputlunu 17-8 hesabı ilə məğlub edib.

Həqşenas sonra ABŞ idmançısı İvan Mideli on iki-üç hesabı ilə məğlub edib və öz bürünc medalını qətiləşdiribdir.