«Qəhrəman», Qızıl Qlobus-2022-yə namizəd olub
-
«Qəhrəman»
İran kinosunu təmsil edən «Qəhrəman» filmi Qızıl Qlobus-2022-nin ingilis dilində olmayan ən yaxşı xarici film mükafatı üzrə beş namizəddən biri seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, Hollivud-un xarici mətbuat cəmiyyəti Qızıl Qlobus mükafatının 79-cu mərhələsinin namizədlərinin siyahısını elan edib və İran kinosu «Qəhrəman» filmi ilə ingilis dilində olmayan ən yaxşı xarici film bölməsinin beş yekun namizədi sırasına qoşulub. Filmin ssenari müəllifi və rejissoru Əsğər Fərhadidir.
«Qəhrəman» filmi cari milad ilində keçirilən 74-cü Kann film festivalının rəqabət bölməsində bu kino tədbirinin münsiflər heyətinin böyük mükafatını əldə etməyə nail olub.
Bu film Asiya-Pasifik Film Festivalında da ən yaxşı rejissor mükafatının laureatı olub.
79-cu Qızıl Qlobus festivalının kino və televiziya mükafatlarının təqdimat mərasimi 2022-ci il yanvarın doqquzunda keçiriləcək.