Bəzi oyunçular diplomatiya yerinə, günahkar axtarırlar
https://azeri.sahartv.ir/news/İran-i384077-bəzi_oyunçular_diplomatiya_yerinə_günahkar_axtarırlar
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib ki, bəzi oyunçular real diplomatiya yerinə, öz müqəssiraxtarma adətlərinə israr edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2021 11:11 Asia/Baku
  • Əli Baqiri-Kəni
    Əli Baqiri-Kəni

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib ki, bəzi oyunçular real diplomatiya yerinə, öz müqəssiraxtarma adətlərinə israr edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və və Vyanada İranın müzakirə heyətinin sədri Əli Baqiri-Kəni bu gün bir tvittdə sanksiyaların götürülməsi üzrə müzakirələr prosesinə işarə ilə yazıb ki; biz dərhal təklifləri təqdim etdik və konstruktiv və mülayim tərzdə ixtilafların azalmasına çalışdıq.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini sonra qeyd edib ki, diplomatiya ikitərəfli küçədir. Əgər müqəssirin xətasını düzətlmək üçün bir iradə olarsa, yaxşı və sürətli razılaşma üçün yol açılacaq.

İranın müzakirə heyəti müzakirələrin yeddinci raundunda ciddi bir təşəbbüslə «zalımcasına sanksiyaların ləğvi» və «nüvə məsələləri» kimi iki mövzu formasında təklif etdiyi mətnləri qarşı tərəfə təqdim edib.