Ölkənin müdafiə qabiliyyətlərinin artırılmasına təkid
https://azeri.sahartv.ir/news/İran-i384087-Ölkənin_müdafiə_qabiliyyətlərinin_artırılmasına_təkid
İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi vurğulayıb ki, ölkənin çəkindiricilik qüdrəti və müdafiə qabiliyyətlərinin artırılmasından bir an belə qəflətə qapılma olmayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2021 15:27 Asia/Baku
  • General pasdar Məhəmməd Baqiri
    General pasdar Məhəmməd Baqiri

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi vurğulayıb ki, ölkənin çəkindiricilik qüdrəti və müdafiə qabiliyyətlərinin artırılmasından bir an belə qəflətə qapılma olmayıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, General pasdar Məhəmməd Baqiri bu gün İran İslam Respublikasının qonşu ölkələrdəki nümayəndəliklərinin başçıları və səfirlərilə toplantıda deyib ki, sanksiya və təzyiq ölkənin müdafiə məcmuəsində səy, ciddi-cəhd, özünəinam və özünəsöykənmə əhval-ruhiyyəsinin formalaşmasına və müqavimətə səbəb olubdur.