Xətibzadə: "İran ilə AEBA arsındakı danışıqlarda irəliləyişlər var"
-
Səid Xətibzadə
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə Atom Enerjisi üzrə Baynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi arasındakı danışıqlarda irəliləyişələrin əldə edilməsindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə "Press TV"yə verdiyi müsahibədə bildirib ki, İslami ilə Qrossi arasında davam edən müzakirələr irəliləyişlərə səbəb olub və qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı boşluqlar daralıb.
"Press TV"nin məlumatına görə, Xətibzadə deyib: "Mən təfərrüatlara keçmək istəmirəm, lakin hər iki tərəfin tezliklə razılığa gələcəyini proqnoz edə bilərəm".
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə İran arasındakı mübahisəli mövzulardan biri bu təşkilatın Kərəcin "TESA" kompleksindəki müşahidə kameralarının dəyişdirilməsi məsələsidir; Hansı ki, terrorçuların İranın nüvə obyektlərində təxribat əməliyyatları nəticəsində zədələnib. Hər iki tərəf sentyabrın 12-də birgə bəyanat yayaraq, kameraların təmiri və "müəyyən edilmiş avadanlıqların" yaddaş kartlarının dəyişdirilməsi ilə bağlı razılığa gəldiklərini bildirdilər.
Amma AEBA razılaşmadan kənar, müşahidə kameralarının yenidən quraşdırılmasını tələb etdi ki, İran İslam Respublikası buna qarşı çıxdı və AEBA sentyabrın 26-da bir hesabatda, İranın bu təşkilatın ekspertlərindən belə bir icazəni geri aldığını iddia etdi.
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı keçmiş səfiri Kazim Qəribabadi həmin zaman qeyd etdi ki, Kərəcdəki TESA Kompleksi ilə bağlı təhlükəsizlik və məhkəmə araşdırmaları davam etdiyi üçün bu kompleksin monitorinq avadanlığı texniki xidmət altında olan təchizatlar sırasında qərarlaşmayacaq, buna görə də birgə bəyanatda "müəyyən edilmiş avadanlıq" ifadəsindən istifadə edilmişdir.