Sanksiyaların bir yerdə aradan qaldırılması, müzakirələrin prioriteti olmalıdır
https://azeri.sahartv.ir/news/İran-i384183-sanksiyaların_bir_yerdə_aradan_qaldırılması_müzakirələrin_prioriteti_olmalıdır
Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, müzakirələrin mehvəri, sanksiyaların birlikdə aradan qaldırılmasıdır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 17, 2021 15:46 Asia/Baku
  • Sanksiyaların bir yerdə aradan qaldırılması, müzakirələrin prioriteti olmalıdır

Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, müzakirələrin mehvəri, sanksiyaların birlikdə aradan qaldırılmasıdır.

Məhəmməd Cavad Hacı Əli Əkbəri Tehranın buhəftəki cümə namazı xütbələrində belə deyib: Müzakirələrin mehvəri, sanksiyaların birlikdə aradan qaldırılması və avropalı və amerikalı tərəflərə öhdəliyin qəbul etdirilməsi olub. Hazırda nüvə anlaşması tərəfləri onların əhdi pozmalarına rəğmən, İranın bu müzakirələrdə iştirakını rəğbətlə qarşılamalıdırlar.

Tehranın cümə namazı xitabətçisi əlavə edib: İranlı heyət qüvvət və təşəbbüslə meydana girib. Qarşı tərəf imtiyaz almaq, iranlı müzakirə heyətinin təmərküzünü pozmaq və İranın daxilində gərginlik yaratmaq üçün təhrif xəttini izləyir, lakin buna nail olmayacaq.

Hacı Əli Əkbəri belə qeyd edib: Onlar əhdi pozdular və indi müzakirəni rəğbətlə qarşılamalıdırlar. Müzakirələrin mehvəri də sanksiyaların birlikdə aradan qaldırılması, avropalı və amerikalı tərəflərə öhdəliyin qəbul etdirilməsidir. Onlar haşiyələrlə məşğul olmamalıdırlar.

Tehranın cümə namazı xitabətçisi bəzi qərbli rəsmilərin İrana qarşı avantüra barədəki təhdidlərini xatırladıb və belə söyləyib: Bəzi Qərb ölkələrinin bu sahədəki mövqeləri daha çox yumora bənzəyir və özləri də bilirlər ki, heç bir yanlış hərəkət edə bilməzlər.

Hacı Əli Əkbəri əlavə edib: Ümid edirik ki, diplomatiya sahəsində də iranlı diplomatların layiqli qələbələrinin şahidi olacağıq. Əlbəttə, sanksiyaların aradan qaldırılması, məsələnin bir tərəfidir. Əsas məsələ, sanksiyaların zərərsizləşdirilməsidir. Sanksiyaların zərərsizləşdirilməsi, yalnız daxili bacarığa sökənməklə mümkün olacaq.