İran AET-dən Qrossinin yeni iddiasına cavab
https://azeri.sahartv.ir/news/İran-i384196-İran_aet_dən_qrossinin_yeni_iddiasına_cavab
İranın Atom Enerjisi Təşkilatındakı məlumatlı bir rəsmi MAQATE baş direktorunun Kərəc nüvə təsisatlarında quraşdırılmış təhlükəsizlik kameralarından birinin yaddaş kartının itməsinə dair yeni iddiasına reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2021 17:49 Asia/Baku
  • İran AET-dən Qrossinin yeni iddiasına cavab
    İran AET-dən Qrossinin yeni iddiasına cavab

İranın Atom Enerjisi Təşkilatındakı məlumatlı bir rəsmi MAQATE baş direktorunun Kərəc nüvə təsisatlarında quraşdırılmış təhlükəsizlik kameralarından birinin yaddaş kartının itməsinə dair yeni iddiasına reaksiya verib.

Bu məlumatlı rəsmi Nurnyus informasiya portalı ilə müsahibədə bildirib ki, Rafael Qrossinin iddia etdiyi yaddaş kartı təxribat əməliyyatında məhv edilib.

O, əlavə edib: Əslində agentlik/ cavab verməlidir ki, nə üçün öz imkanlarından/ mənşəyi də bəlli olan bu kimi təxribat əməliyyatlarına mane olmaq üçün istifadə etmir?

Bu məlumatlı rəsmi qeyd edibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzarət vəzifələrindən əlavə, agentliyin üzvləri barədə mühafizə məsuliyyətlərinə də malikdir və bu barədə məhz bu orqan cavabdeh olmalıdır ki, nə üçün İranın nüvə saytlarına qarşı təhdidə mane olmayıbdır?

İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Salami cümə günü agentliyin Kərəc saytında yerləşən kameraları mövzusu barədə belə deyib: Kərəc saytı üçün yaranmış təhlükəsizlik və məhkəmə prosesinə kömək etmək üçün agentlik müfəttişinin yeni bir kamera gətirməsi qərara alınıb.