İranın pauerliftinq komandasının dünya çempionatındakı uğuru
-
pauerliftinq
İranın pauerliftinq üzrə milli komandasının nümayəndələri Rusiyada keçirilən dünya çempionatında indiyədək on beş qızıl, gümüş və bürünc medal qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Pauerliftinq üzrə yeddinci dünya çempionatı iranlı oyuçuların uğurlu çıxışı ilə müşayiət olunub və İranın layiqli nümayəndələri indiyədək on beş qızıl, gümüş və bürünc medal qazanmaqla İranın adına yeni rekordlar qeydə aldırıblar.
Sabahadək davam edəcək bu yarışlarda otuz bir ölkədən 2700 idmançı qadınlar və kişilər üzrə müxtəlif yaş qruplarında iştirak edir.
İranın 22 nəfərlik pauerliftinq komandası yeniyetmələr, gənclər, yuxarı yaşlılar və veteranlar səviyyələrində güclü iştirak nümayiş etdirib.
İran qadınlarının yeniyetmələr qrupunda və 56 kiloqram çəki dərəcəsindəki yeganə nümayəndəsi olan Rəha Rəşidi yarışların ikinci günündə heyranedici uğurlu çıxışda lift və skad növlərində iki qızıl medal əldə etməklə dünyanın ən yaxşı idmançı qızı adını əldə edibdir.