General Süleymaninin terroru işinin araşdırılması davam edir
https://azeri.sahartv.ir/news/İran-i384247-general_süleymaninin_terroru_işinin_araşdırılması_davam_edir
İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini vurğulayıb ki, general Süleymaniyə və onu müşayiət edənlərə qarşı terror hücumu üzrə birgə təhqiqat komitəsinin müzakirələrinin ikinci mərhələsi Tehranda keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2021 16:45 Asia/Baku
  •  Kazım Qəribabadi
    Kazım Qəribabadi

İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini vurğulayıb ki, general Süleymaniyə və onu müşayiət edənlərə qarşı terror hücumu üzrə birgə təhqiqat komitəsinin müzakirələrinin ikinci mərhələsi Tehranda keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini və insan haqları qərargahının katibi Kazım Qəribabadi belə deyib: General Şəhid Qasım Süleymaniyə və onu müşayiət edənlərə qarşı terror hücumuna dair təhqiqatla bağlı İran İslam Respublikası və İraqın birgə təhqiqat komitəsinin müzakirələrinin ikinci mərhələsi cari həftənin çərşənbə axşamı və çərşənbə günləri Tehranda keçiriləcək.

Bu ikigünlük toplantıda İran və İraqın yüksək səviyyəli məhkəmə heyətləri şəhid general Süleymaniyə və onu müşayiət edənlərə qarşı terror işində mövcud olan məsələləri, o sıradan iki ölkədə aparılmış təhqiqatların son nəticələrini, təhqiqat üzrə bütün yeni sahələr və səviyyələrdə amerikan müttəhimlərin rolunu araşdıracaq, lazımi məlumatları mübadilə edəcəklər.