Xətibzadə: "İranın Xin başçısı həftə sonu Azərbaycana gedəcək"
-
Səid Xətibzadə
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu həftənin sonunda Azərbaycana səfər edəcək
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bazar ertəsi keçirdiyi həftəlik brifinqdə bildirib.
Səid Xətibzadə deyib: "Dəvət artıq Azərbaycan Respublikası tərəfindən edilib və xarici işlər naziri bu həftə sonu bu ölkəyə qısamüddətli səfər edəcək".
Onun sözlərinə görə, Əmir Abdullahiyanın Bakıya səfəri ikitərəfli və ticarət əlaqələrinin inkişafı sahəsində olacaq.
Xətibzadə, həmçinin deyib: "İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında münasibətlər siyasi xarakter almayana qədər təhlükəsiz və texniki hesab edilə bilər".
Xətibzadə Kərəcdəki nüvə obyektində törədilən təxribata toxunaraq, əlavə edib: "Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə bildirdik ki, bu məsələ təhlükəsizlik və məhkəmə standartlarına uyğun izlənilməlidir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Təxribatın keyfiyyəti və günahkarı müəyyən edilməlidir".