İran filmi Oskar mükafatı siyahısında
-
«Qəhrəman»
Rejissor Əsğər Fərhadinin «Qəhrəman» filmi 2022-ci il beynəlxalq Oskar film festivalının ən yaxşı film kateqoriyasının on beş ilk namizədi siiyahısında yer alıb.
SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci il beynəlxalq Oskar film festivalının on kateqoriyasında ilkin namizədlərin siyahısı elan olunub və Əsğər Fərhadinin «Qəhrəman» filmi ingilis dilində olmayan ən yaxşı beynəlxalq film kateqoriyasının on beş ilk namizədi siiyahısında İran kinosunu təmsil edir.
Beşinci dəfədir ki, Əsğər Fərhadi öz filmlərilə Oskar festivalında İran kinosunu təmsil edir.
Fərhadi indiyə kimi iki dəfə- «Ayrılıq» və «Satıcı» filmlərilə beynəlxalq Oskar mükafatını almağa müvəffəq olub.
Bu il Oskar mükafatı üzrə ən yaxşı beynəlxalq film kateqoriyasında 93 ölkə rəqabət şəraitinə malik olub və ilk mərhələdə 78 filmin ləğv edilməsilə on beş film siyahısına vəsiqə qazanıb.