Real əməliyyatla raket təlimləri arasındakı fərq
https://azeri.sahartv.ir/news/İran-i384412-real_əməliyyatla_raket_təlimləri_arasındakı_fərq
Sepah-ın baş komandanı real əməliyyat ilə bu qüvvələrin raket təlimləri arasındakı fərqi raket atışı cəhətlərinin dəyişməsində görüb və xəbərdarlıq edibdir ki, düşmənlər öz söz-söhbətlərində diqqətli olsunlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2021 14:31 Asia/Baku
  • General-mayor Hüseyn Salami
    General-mayor Hüseyn Salami

Sepah-ın baş komandanı real əməliyyat ilə bu qüvvələrin raket təlimləri arasındakı fərqi raket atışı cəhətlərinin dəyişməsində görüb və xəbərdarlıq edibdir ki, düşmənlər öz söz-söhbətlərində diqqətli olsunlar.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Hüseyn Salami bu gün Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin yekun etapının kənarında bu təlimlərin xüsusən raket bölməsində keçirilməsinin açıq-aşkar mesajlara malik olduğunu bildirib və belə söyləyib: Bu təlimlərin mesajı, sionist rejim başçılarının təhdidlərinə yerli, real və ciddi xəbərdarlıqdır ki, öz xətaları və səhvlərinə diqqət etsinlər, zira əgər xətaya yol verərlərsə, əllərini kəsəcəyik.

Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimləri bazar ertəsi günündən beş gün müddətinə Fars Körfəzi sahillərində keçirilib.