İranda "Pasto Kovak" vaksinin istehsalı 10 milyon dozanı ötüb
-
Pasto Kovak
İranda "Pasto Kovak" və "Pasto Kovak Plus" vaksinlərinin istehsal həcmi 10 milyon dozanı keçib və tezliklə 15 milyon dozaya çatacaq.
SəhərAzəri-nin məlumatına əsasən, İranın "Pastor İnstitutu"nun rekombinant məhsulların hazırlanması şöbəsinin rəhbəri Əlirza Rəhimi İRNA-ya verdiyi müsahibədə deyib: "Pasto Kovak" vaksininin davamlı istehsalı reallaşıb və bu proses intensiv şəkildə davam edir".
O qeyd edib ki, bu peyvəndin istehsal xətti insanların narahatlığını azaltmaqla yanaşı, onları koronavirusdan qorumaq məqsədilə bu texnoloji məhsulu hazırlamaq üçün bütün gücü və imkanları ilə fəaliyyət göstərir.
İranın "Pastor İnstitutu"nun rəsmisi ayda 6 milyon doza vaksinin istehsal olunduğunu bildirərək, deyib: "Bu tədqiqat mərkəzi ölkədə ehtiyac duyulan vaksinləri ən qısa zamanda təmin etməyə hazırdır".