İslami İran iki dünyanın böyük xanımına görə, qaraya bürünüb
Yan 06, 2022 15:18 Asia/Baku
-
Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü
Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bir zamanda İslami İranın hər bir məkanı iki dünyanın xanımına görə, qaraya bürünüb və matəm içindədir.
SəhərAzəri-nin məlumatına əsasən, Əzadar xalq Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bir vaxtda müqəddəs məkanlara gəlib, bu böyük qəm-kədərdə göz yaşları axıdır.
Müqəddəs Məşhəd şəhərində yerləşən pak Rəzəvi hərəmi, Qum şəhərindəki Həzrət Məsumə(s.ə)-nın ziyarətgahı, müqəddəs Cəmkəran məscidi, digər məscid və təkyələr Həzrət Zəhra(s.ə)-nın matəmində qara geyinib, əzadarlıq edən o həzrətin tərəfdarlarını qarşılayırlar.