Öz evlərinin içindən amerikanlardan intiqama zəmin yaradacağıq
-
General İsmayıl Qaani
Öz evlərinin içindən və öz yanlarındakı şəxslərlə amerikanlardan intiqama zəmin yaradacağıq. Bunu, Sepah-ın Qüds qüvvələrinin komandanı deyib.
SəhərAzəri-nin məlumatına əsasən, General İsmayıl Qaani dünən gecə müqavimət cəbhəsinin Məşhəd şəhərində keçirilən «Hərəm müdafiəçisi olan mühacir şəhidlərin xatirəsi» adlı beynəlxalq konfransda bildirib ki, İran öz tədbiri ilə düşmənlər və general Süleymaniyə qarşı terror cinayəti ilə mübarizə aparacaq.
O, əlavə edib: Şəhid Süleymaninin qanı müqavimət üzvlərinin varlığını cuşa gətirib.
Sepah-ın Qüds qüvvələrinin komandanı daha sonra deyib: Amerikalıların kökü regiondan qoparılıb atılacaq. Amerikalılar İraqdan çıxmalıdırlar, əks halda, İraqdakı müqavimət cəbhəsi onları biçarə edəcək. Amerikalılar Əfqanıstandan çıxdıqlarından daha biabırçı şəkildə İraqı tərk etməlidirlər.
General Qaani əlavə edib: İran İslam Respublikası bütün sanksiyalara rəğmən, nəinki izzətlə özünü idarə etdi, həm də bütün dövrlərdə başqalarına da köməklik göstərdi.