Dünyanın zalım qüvvələrinin regiondakı kökü kəsiləcək
https://azeri.sahartv.ir/news/İran-i384861-dünyanın_zalım_qüvvələrinin_regiondakı_kökü_kəsiləcək
Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, məktəb yaradan qəhrəman- şəhid Süleymanidən yadigar qalan cəbhə, haqsızlığa qarşı əhatəli müharibədə amerikanların və onların muzdurlarının köklərini həmişəlik olaraq regiondan kəsəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2022 15:54 Asia/Baku
  • Ayətullah Kazım Seddiqi
    Ayətullah Kazım Seddiqi

Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, məktəb yaradan qəhrəman- şəhid Süleymanidən yadigar qalan cəbhə, haqsızlığa qarşı əhatəli müharibədə amerikanların və onların muzdurlarının köklərini həmişəlik olaraq regiondan kəsəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Kazım Seddiqi bu həftənin cümə namazı xütbələrində sonra belə söyləyib: Şəhid Qasım Süleymani hərəmi müdafiə sahəsində dünya azadələrini, həmçinin İran, İraq, Pakistan, Əfqanıstan, Livan və Yəməndəki hərəm müdafiəçilərini zəncir formasına saldı və müqavimətin qarşısına yeni yol qoydu.

Seddiqi əlavə edib: Amerikanın sabiq prezidenti, xəbis, cinayətkar və qatil- Donald Trampın və onun fərmanı ilə bu cinayəti törədən xəbislər elə zənn edirdilər ki, şəhid Süleymaninin getməsilə cihad zəifləyəcək; buna rəğmən, amerikanlar bu regionda sakit bir gün görməyəcəklər.

Tehranın cümə namazı xitabətçisi həmçinin vurğulayıb ki, Süleymaninin şəhadətindən sonra amerikalılar biabırçılıqla Əfqanıstanı tərk etdilər.