Qısametrajlı İran filmi mükafata layiq görülüb
https://azeri.sahartv.ir/news/İran-i384967-qısametrajlı_İran_filmi_mükafata_layiq_görülüb
Nəvid Nikxah Azadın düzəltdiyi qısametrajlı «Tənəffüs» filmi Fransada keçirilən beynəlxalq «Gecə nişanələri» festivalının «Edvard Snouden» mükafatına layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2022 10:03 Asia/Baku
  • Qısametrajlı İran filmi mükafata layiq görülüb

Nəvid Nikxah Azadın düzəltdiyi qısametrajlı «Tənəffüs» filmi Fransada keçirilən beynəlxalq «Gecə nişanələri» festivalının «Edvard Snouden» mükafatına layiq görülüb.

SəhərAzəri-nin məlumatına əsasən, 19-cu beynəlxalq «Gecə nişanələri» festivalı qaliblərin siyahısını rəsmən elan edib və qısametrajlı «Tənəffüs» filmi festivalın qısametrajlı filmlər bölməsində qeyd olunan mükafatın laureatı olub.

Çoxmilliyyətli bir festival olan beynəlxalq «Gecə nişanələri» festivalı iki beynəlxalq və yerli formada keçirilir.

Bu festival indiyədək 38 ölkədə minlərlə qısametrajlı, sənədli və uzunmetrajlı film nümayiş etdirib.

19-cu beynəlxalq «Gecə nişanələri» festivalı 2021-ci il dekabrın 26-dan başlanıb və dekabrın otuz birində işini başa vurubdur.

«Tənəffüs» filmi 73 beynəlxalq festivalda iştirak edib və on bir beynəlxalq mükafat alıb.