Beynəlxalq Tennis Federasiyası iranlı tennisçiyə yüksək qiymət verib
Yan 11, 2022 10:11 Asia/Baku
-
Meşkatuzzəhra Səfini
Beynəlxalq Tennis Federasiyası iranlı tennisçinin fəaliyyətini yüksək dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Federasiya bir məlumatda dünyanın yüz ən yaxşı tennisçisi arasında yer alan ilk iranlı qız tennisçi Meşkatuzzəhra Səfini istedadlı bir idmançı adlandırıb.
Beynəlxalq yarışlarda uğurla çıxış edən və dünyanın yüz ən yaxşı tennisçisi arasında yer alan on yeddi yaşlı Meşkatuzzəhra Səfi ilk iranlı qız tennisçi kimi Avstraliyada keçirilən «Grand Slam» yarışlarına vəsiqə qazanıb.
Bu məlumatda deyilir: İrandan olan Meşkatuzzəhra Səfi İran tennisinin bir daha dünyada ad çıxarması üçün cəsarət və uğurla dünyanın yüz ən yaxşı tennisçisi arasında yer almağı bacardı.