İran ordusunun Ali Baş Komandan əvəzi: "Sionist rejim İranla qarşılaşmaq gücündə deyil"
-
Məhəmməd Hüseyn Dadrəs
İran ordusunun Ali Baş Komandan əvəzi sionist rejimin İranla qarşılaşmaq gücündə olmadığını söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Ali Baş Komandan əvəzi briqada generalı Məhəmməd Hüseyn Dadrəs ordunun zabitlik tələbələrinin andiçmə mərasimi və yeddinci birgə ilkin döyüş kurslarının başlanış mərasimində əlavə edib:"Sionist rejimin boş-boğazlığının səbəbi budur ki, onun bizimlə mübarizə aparmağa gücü çatmır və əgər nə vaxtsa qəzəbimizə tüş qələrsə, ayağa qalxa bilməyəcək".
İran İslam Respublikası Ordusunun Ali Baş Komandan əvəzi qeyd edib ki, əgər dünyanın böyük dövlətləri İranla danışıqlar aparır, bu, milli birliyin və müdrik bir rəhbərin sayəsində əldə edilən İslam Respublikasının qüdrətinə görədir.
Briqada generalı Dadrəs müdrikliyi, dözümlülüyü və məsuliyyətdən yayınmamağı səmərəli bir döyüşçünün xüsusiyyətlərindən adlandıraraq, deyib: "Praktikada silahlı qüvvələrə kömək edə biləcək şey səbir, əzm və müdriklikdir, yəni sən qaydalara və məsələlərə məntiqlə yanaşa bilməlisən ki, səhnəni idarə edə biləsən".
İran İslam Respublikası Ordusunun Ali Baş Komandan əvəzi həmçinin son illərdə regionda mövcud olan əmin-amansızlıqlara və problemlərə toxunaraq, deyib: "Qonşu ölkələrdəki bütün iğtişaşlar və hadisələrə baxmayaraq, İran tam təhlükəsizlikdədir".