Yan 17, 2022 15:11 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü Vyana danışıqlarında, xüsusilə də ABŞ tərəfindən konkret siyasi qərarların qəbul olunmasını tələb edən əsas məsələlərin qaldığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bazar ertəsi günü keçirdiyi həftəlik brifinqdə Vyana danışıqlarının son vəziyyəti ilə bağlı jurnalistlərin sualına cavab olaraq, deyib: "Vyana danışıqlarında bir çox cədvəl və sütunların hazırlanıb və bəzi mötərizələr təmizlənib və razılaşdırılıb və ideyalar üzrə də razılaşmalar əldə olunub".

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, danışıqlarda əsas və bəziləri ciddi olan məsələlər qalır ki, sanksiyaların aradan qaldırılması ilə bağlı qərarlarını elan etmək üçün ABŞ-ın xüsusi siyasi qərarlar qəbul etməsini tələb edir.

Xətibzadə İran və Çin arasında əldə edilmiş 25 illik əməkdaşlıq müqaviləsi barədə deyib: "Strateji razılaşmanın məntiqi, əsasən İran və Çin arasında yol xəritəsi yaratmaq və ikitərəfli münasibətləri iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlığa qədər yüksəltməkdir".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran-Ərəbistan münasibətləri ilə bağlı Ciddədə İranın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyinin fəaliyyətə başlamasının diqqət mərkəzində olduğunu bildirərək, əlavə edib: "İran Səudiyyə Ərəbistanında səfirliyini yenidən açmağa hazırdır".

İran diplomatiya aparatının sözçüsü İran İslam Respublikası prezidentinin Rusiyaya gözlənilən səfəri barədə isə deyib: "Rusiya prezidentinin dəvəti ilə baş tutacaq bu səfər İran İslam Respublikası hökumətinin balanslaşdırılmış xarici siyasətinin davamıdır və böyük əhəmiyyət kəsb edir".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran və ABŞ arasında birbaşa danışıqlar barədə də deyib: "ABŞ əməldə səhv yoldan qayıtdığını göstərməlidir və bu, baş verməyənə qədər, onun nüvə danışıqları masasında yeri olmayacaq, ABŞ öz davranışını düzəltməklə bu etimadı və tanınmağı qazanmalıdır".

Teqlər