İranda 4 tondan çox narkotik maddə aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i385170-İranda_4_tondan_çox_narkotik_maddə_aşkar_edilib
İran İslam Respublikasının nizam-intizam qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin rəisi ölkə sərhədlərində dörd ton iki yüz kiloqram narkotik maddənin aşkar edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2022 09:39 Asia/Baku
  •  narkotik maddə
    narkotik maddə

İran İslam Respublikasının nizam-intizam qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin rəisi ölkə sərhədlərində dörd ton iki yüz kiloqram narkotik maddənin aşkar edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, General pasdar Kərimi qeyd edib ki, bununla bağlı yeddi qaçaqmalçı da həbs edilibdir.

General pasdar Kərimi belə deyib: Bu il İranın narkotik maddələrlə mübarizə məmurları 980 ton müxtəlif növlü narkotik maddə aşkar və müsadirə ediblər. Onlar həmçinin 180-dən çox qaçaqmalçını da həbs ediblər.

İran İslam Respublikası sanksiya şəraitinə rəğmən, ötən il bir tondan çox narkomaddə aşkar etməklə dünyada ən çox narkotik maddə aşkar edən ölkə olubdur.