İnqilab Rəhbərindən başsağlığı müraciəti
https://azeri.sahartv.ir/news/İran-i385632-İnqilab_rəhbərindən_başsağlığı_müraciəti
İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə böyük təqlid mərcələrindən olan Ayətullah Hacı Şeyx Lütfullah Safi Qolpayeqaninin vəfatı münasibətilə başsağlığı veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2022 11:24 Asia/Baku
  • İnqilab Rəhbərindən başsağlığı müraciəti
    İnqilab Rəhbərindən başsağlığı müraciəti

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə böyük təqlid mərcələrindən olan Ayətullah Hacı Şeyx Lütfullah Safi Qolpayeqaninin vəfatı münasibətilə başsağlığı veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: O şəxs Qum dini elmlər hövzəsinin dayaqlarından və həmin mübarək hövzədə uzun keçmiş və təcrübəyə malik din alimlərindən və elmi şəxsiyyətlərdən olub.

Qum şəhərindəki təqlid mərcələrindən olan Ayətullah Lütfullah Safi Qolpayeqani dünən gecə dünyasını dəyişdi.

Şeyx-ül-mərace, Ayətullah Safi uzun illər Qum dini elmlər hövzəsində tədris, tədqiqat, həmçinin müxtəlif hədis, kəlam və fiqhi əsərlər yazıb.

Bu təqlid mərcəyindən səksəndən çox adda kitab qalıb. «Müntəxəb-ül-asar», «Oğat-ül-sələvat», «Bəyan-ül-üsul» və «Təlavəte Rəsayele Feqhiyye» Ayətullah Safi Qolpayeqaninin əsərlərindəndir.